Bakı. Trend:
Şimali Koreyanın Milli Aerokosmos Texnologiyaları Administrasiyası hərbi kəşfiyyat peykinin orbitə çıxarılması cəhdinin uğursuz olduğunu açıqlayıb.
Trend xəbər verir ki, ölkənin Pxeyan agentliyi məlumat yayıb.
Agentlik uğursuzluğa peyki orbitə aparmalı olan raketin buraxılışdan bir qədər sonra havada partlaması səbəb olduğunu bəyan edib.
Qeyd edək ki, Şimali Koreya Yaponiyanı mayın 27-dən iyunun 3-dək olan müddətdə hərbi kəşfiyyat peykini orbitə çıxaracağı barədə məlumatlandırıb. Pxenyanın peyki orbitə çıxarmaq cəhdi Cənubi Koreya, Çin və Yaponiya liderlərinin Seulda keçirilən üçtərəfli toplantısı ilə eyni günə təsadüf edib.