Bakı. Trend:
S&P beynəlxalq agentliyi Fransanın kredit reytinqini “AA”dan “AA-“ya endirib.
Trend xəbər verir ki, bu barədə S&P beynəlxalq reytinq agentliyinin məlumatında bildirilib.
S&P reytinq agentliyi mayın 31-də, cümə günü ölkənin büdcə vəziyyətinin pisləşməsini əsas gətirərək, 2012-ci ildən bəri ilk dəfə Fransanın kredit reytinqini aşağı salıb. S&P Aİ-nin ikinci ən böyük iqtisadiyyatı üçün reytinqi "AA"-dan "AA-" səviyyəsinə endirmək qərarını büdcə kəsirinin 2027-ci ildə ÜDM-in üç faizindən yuxarı qalacağını proqnozlaşdırmaqla əsaslandırıb.
2023-cü ildə Fransanın ÜDM-in 5,5 faizi səviyyəsindəki büdcə kəsiri əvvəllər proqnozlaşdırılandan xeyli yüksək olub. Agentlik əlavə edib ki, Fransanın ümumi hökumət borcu 2023-cü ildəki 109 faizdən 2027-ci ilədək ÜDM-in təxminən 112 faizinə yüksələcək, bu isə “əvvəlki gözləntilərin əksinə”dir.