Bakı. Trend:
Ermənistan parlamentinin binası yaxınlığında polis səs bombalarından istifadə etməyə başlayıb.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, polis etirazçıları parlament binasının ətrafından uzaqlaşdırmağa çalışır. Etirazçılardan biri qolundan zədə alıb.
Ermənistan Daxili İşlər Nazirliyinin rəis müavini Aram Hovhannisyan jurnalistin polisin niyə etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməsi ilə bağlı sualını cavablandırıb: "Yaxşı ediblər. Mənə tərəf nə qədər butulkaların atıldığını hesablayın. Buna təhrik edən sizsiniz".