...

Belarusun İrəvandakı səfiri tezliklə Minskə gedəcək - XİN

Dünya xəbərləri Materials 13 İyun 2024 16:50 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Belarus Xarici İşlər Nazirliyi Paşinyanın bəyanatlarına münasibət bildirib.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

"Əgər kimsə xarici düşmən obrazı ilə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, olduqca qeyri-uzaqgörən mövqedir", - Belarus XİN-in açıqlamasında deyilir.

XİN-dən bildiriblər ki, xarici oyunçular Ermənistan rəhbərliyini Belarusla münasibətləri pisləşdirməyə nə qədər təhrik etsə də, Minsk İrəvanla münasibətləri pisləşdirmək niyyətində deyil.

Həmçinin qeyd olunub ki, Belarusun Ermənistandakı səfiri tezliklə Minskə yola düşəcək.

Qeyd edək ki, Ermənistan bir qədər əvvəl Belarusdakı səfirini məsləhətləşmələr üçün çağırıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti