...

ABŞ-nin "Onsemi" şirkəti Çexiyada çip istehsalı zavodu tikəcək

Dünya xəbərləri Materials 20 İyun 2024 08:54 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin yarımkeçirici məhsulları istehsalçısı olan "ON Semiconductor Corp." (Onsemi) şirkəti Çexiyada çiplərin istehsalı zavodu tikməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin məlumatında bildirilib.

Silisium karbiddən yarımkeçiricilər istehsal edəcək bu layihəyə investisiyalar 44 milyard çex kronu (2 milyard dollar) təşkil edəcək. Bu çiplər ənənəvi çiplərdən daha möhkəm və enerjiyə qənaətlidir və elektrik nəqliyyat vasitələri və məlumat mərkəzləri kimi sahələrdə artan tələbat görməyə başlayır.

"Onsemi" artıq Çexiyada silisium və silisium karbid plastinləri istehsal edir (ildə 3 milyon ədəddən çox), həmçinin silisium kristalları yetişdirir.

Qeyd olunub ki, yeni müəssisənin tikintisi başa çatdıqdan sonra şirkətin Çexiyanın ÜDM-ə töhfəsi 270 milyon dollardan çox olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti