...

Gürcüstanı sanksiyalarla hədələməyə ehtiyac yoxdur - Kobaxidze

Dünya xəbərləri Materials 31 İyul 2024 14:10 (UTC +04:00)
Gürcüstanı sanksiyalarla hədələməyə ehtiyac yoxdur - Kobaxidze
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanı sanksiyalarla hədələməyə ehtiyac yoxdur.

Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze deyib.

O, ABŞ-nin bu tonunun əks-səmərəli olduğunu bildirib.

"ABŞ ilə münasibətlərin yenidən qurulmasına tam hazırıq. Son üç-dörd il ərzində bu münasibətlərdə çox şey qaydasında getmədi. Biz ədalətli, praqmatik və dostcasına addımlar gözləyirik. Şantaj və təhdidlər əvəzinə sağlam danışıqlar aparmalıyıq", - Kobaxidze qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti