Bakı. Trend:
Tailandda yeni Baş nazir təyin edilib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, hökumətin başçısı vəzifəsinə sabiq Baş nazir Taksin Çinavatın qızı, 37 yaşlı Petonqtarn Çinavata təyin edilib.
Petonqtarn Tailandın hökumət başçısı olan ikinci qadın və bu günə qədər Krallığın ən gənc Baş naziridir. O, ailəsinin Baş nazir postunu tutan üçüncü nümayəndəsi olacaq.
Qeyd edək ki, iki gün əvvəl Banqkok Konstitusiya Məhkəməsi Baş nazir Settha Thavisini vəzifəsindən kənarlaşdırıb. May ayında orduya yaxın onlarla senator Setthanı məhkəməyə vermişdi. Onu etika qaydalarını pozmaqda ittiham ediblər. Bunun səbəbi Piçit Çınbanın cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq, Baş nazirin onu aparat rəhbəri təyin etməsi olub.