...

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Dünya xəbərləri Materials 24 Avqust 2024 15:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

Trend xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi yayıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kursk bölgəsinə hücumu zamanı əsir götürdüyü 115 hərbçinin geri qaytarıldığını açıqlayıb. Onlar sərhəddə hərbi xidmətdə olublar. Bunun müqabilində 115 hərbçi də Ukraynaya göndərilib. Mübadilə BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.

"İndi Rusiya hərbi qulluqçuları Belarus ərazisindədirlər. Orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin, yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır", - deyə Müdafiə Nazirliyindən bildirilib.

Daha sonra hərbi qulluqçuların hamısı müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaq.

Xəbər lenti

Xəbər lenti