Bakı. Trend:
Tuncelinin Ovacık rayonunda hərbi maşının qəzaya uğraması nəticəsində 4 əsgər şəhid olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya şəxsi X hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Tuncelinin Ovacık rayonunda vəzifə yerinə yetirərkən zirehli maşının aşması nəticəsində jandarma mütəxəssisi çavuşlarımız Ömər Eroğlu, Mehmet Aykanat, Orhan Burak Büyükçaylı və jandarma zabitimiz Doğan Kızılateş şəhid olublar."