Bakı. Trend:
İranın Livandakı səfiri Muctaba Amani Beyrutda rabitə qurğusunun "peycer" partlayışı nəticəsində yaralanıb.
Bu barədə Trend İran KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, İran səfiri yüngül yaralanıb və hazırda xəstəxanada müalicə olunur.
Qeyd edək ki, bu gün Livan paytaxtında rabitə qurğularında partlayışlar baş verib.