Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron baş nazir Mişel Barnyenin yeni hökumətə daxil edilməsini təklif etdiyi nazirlərin ilkin siyahısını təsdiq etməyib.
Trend xəbər verir ki, bu barədə “Le Monde”nəşri məlumat yayıb.
Prezidentin ətrafındakı nümayəndələr yeni nazirlərin siyahısını "monoxrom" adlandırıb.
Bu siyahıda "Respublikaçılar" partiyasının çoxluğunu vurğulayıblar.