...

HƏMAS Qəzzanın şimalında İsrail ordusuna aid 12 hərbi maşını pusquya salıb

Dünya xəbərləri Materials 11 Oktyabr 2024 04:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları, Qəzza zolağının şimalında yerləşən İsrail hərbi karvanına hücumlar təşkil etdiklərini bildirib.

Trend-in verdiyi məlumata görə, əl-Qəssam Briqadalarının “Telegram” kanalında qeyd olunub ki, Cibaliya qaçqın düşərgəsində İsrail ordusunun hərbi maşınlarına qarşı pusqu qurulub.

Açıqlamaya görə, hücum zamanı karvanda 12 hərbi maşın və əsgərləri daşıyan yük avtomobili hədəf olub.

Hücum nəticəsində bir çox İsrail əsgərinin zərərsizləşdirildiyi iddia olunur. Lakin İsrail tərəfi hadisə ilə bağlı hələlik heç bir şərh verməyib.

Xəbər lenti

Xəbər lenti