...

İtaliyada hoteldə yanğın baş verib

Dünya xəbərləri Materials 13 Oktyabr 2024 15:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın şimal-şərqində yerləşən Padua əyalətinin Abano Terme şəhərində gecə saatlarında bir hoteldə güclü yanğın baş verib.

Trend-in məlumatına görə, mülki müdafiə qüvvələri hadisə yerinə cəlb olunub, 273 nəfər təxliyə edilib və hamısı təhlükəsiz əraziyə yerləşdirilib.

Yanğın nəticəsində xəsarət alan olmasa da, 45 nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Yanğın tam söndürülüb və hadisənin səbəblərini araşdırmaq üçün işlər başlanılıb.

Yanğının otelin ikinci mərtəbəsində yerləşən texniki otaqdan başladığı qeyd olunur.

Xəbər lenti

Xəbər lenti