Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə çatıb.
Trend xəbər verir ki, bu haqda "Suspilne" nəşri məlumat yayıb
Diplomatı ABŞ-nin Ukraynadakı səfiri Bricit Brink qarşılayıb.
“Biz onları dinləyəcəyik. Ardınca mən hər şeyi doğru anladığımıza əmin olmaq üçün ABŞ-yə qayıdıb prezident Trampla danışacağam”, - deyə Kelloq bildirib.
Kelloq əlavə edib ki, ABŞ Ukraynaya bütün lazımi yardımı göstərməyə hazırdır və təhlükəsizlik zəmanətlərinin zəruriliyini anlayır. Kelloqun yaxın zamanda Ukraynanın hökumət nümayəndələri ilə görüşəcəyi gözlənilir.