...

Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib - SİYAHI

Dünya xəbərləri Materials 24 Fevral 2025 12:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Xarici İşlər Nazirləri Rusiyaya qarşı sayca 16-cı sanksiyalar paketini təsdiqləyib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi saytında bəyanat yayılıb.

Məlumata görə, sanksiyalar aşağıdakılardır:

  • Sanksiyalar paketinə ümumilikdə 48 fiziki və 35 hüquqi şəxs daxil edilib.
  • Sanksiyalar siyahısına Rusiyadan və Ukrayna münaqişəsində Rusiyaya yardım göstərmək iddiası ilə Hindistan, Qazaxıstan, Çin, BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistandan olan 53 şirkət daxil edilib.
  • Rusiyanın “kölgə donanmasına” aid olduğu iddia olunan 74 dəniz gəmisinə qarşı məhdudiyyətlər tətbiq olunub.
  • Avropada səkkiz Rusiya KİV, o cümlədən “Eurasia Daily”, “News Front”, “SouthFront”, “RuBaltic.ru”, “Lenta.ru”, "Zvezda" telekanalı, “Fondsk” və “Strateji mədəniyyət fondu” media qurumunun yayımı dayandırılıb.
  • 13 Rusiya Bankı SWIFT sistemindən çıxarılıb.
  • Maliyyə təşkilatları üçün Rusiya Mərkəzi Bankının Maliyyə Mesajlarının Ötürülməsi Sistemindən istifadə edən tranzaksiyalara qadağa tətbiq edilib.
  • Aİ neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər qoyub.
  • Avropa biznesinə bəzi Rusiya limanları və hava limanları ilə sövdələşmələr aparması qadağan edilib
  • İlkin alüminiumun idxalına qadağa qoyulub. Sanksiyalar həmçinin "kimyəvi maddələr, bəzi plastik və kauçuk növləri"ni əhatə edir. Məhdudiyyətlər xrom birləşmələri və iğtişaşların yatırılması, eləcə də PUA-ların idarə olunması üçün istifadə edilən xlorpikrin kimyəvi prekursorlarının tədarükünə də şamil olunub.
  • Oyun konsollarının ixracı qadağan edilib.
  • Avropa şirkətlərinə təyyarə və aviasiya texnologiyalarının ixracı qadağan olunub.
  • Neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edilir.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti