Bakı. Trend:
Almaniya hökuməti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə ölkəyə qaçqın qəbulu prosesini dayandırıb.
Trend xəbər verir ki, bu haqda “Deutsche Presse-Agentur” (DPA) Almaniya DİN-ə istinadən məlumat yayıb.
Bu qərar hazırda Almaniyanın hakim koalisiyasının formalaşdırılması üzrə aparılan danışıqlarla bağlıdır.
Danışıqları Xristian-Demokratik və Xristian-Sosial İttifaqlarından ibarət mühafizəkar blok ilə Almaniya Sosial Demokrat Partiyası aparır.
İlkin məsləhətləşmələrin nəticəsi olaraq, tərəflər könüllü qaçqın qəbul proqramlarını mümkün qədər tez yekunlaşdırmaq və yenilərində iştirak etməmək barədə razılığa gəliblər.
Almaniya hökuməti daha əvvəl BMT xətti ilə 2024–2025-ci illər ərzində ölkə ərazisində ümumilikdə 13 100 qaçqının yerləşdirilməsinə razılıq vermişdi. Onlardan 5 061 nəfəri artıq Almaniyaya daxil olub, bunlara Türkiyədən gələn suriyalı qaçqınlar da daxildir.