...

Sudanda 400 min insan qaçqın düşərgəni tərk etmək məcburiyyətində qalıb

Dünya xəbərləri Materials 15 Aprel 2025 04:05 (UTC +04:00)

Bakı. Trend:

Sudanın qərbində yerləşən Şimali Darfur vilayətindəki "Zəmzəm" qaçqın düşərgəsi Çevik Reaksiya Qüvvələri tərəfindən ələ keçirildikdən sonra 400 minə qədər insan düşərgəni tərk etməyə məcbur olub.

Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri Beynəlxalq Miqrasiya Təşkilatına istinadən xəbər verib.

Məlumata əsasən, Çevik Reaksiya Qüvvələri dörd günlük döyüşdən bir gün əvvəl düşərgəni ələ keçiriblər. Onlar bildiriblər ki, "Zəmzəm" düşərgəsinin Sudan silahlı qüvvələri ilə müttəfiq qruplar tərəfindən istifadə edilib.

Hərbi əməliyyatlar başlamazdan əvvəl Zəmzəm düşərgəsində 500 minə qədər insan yaşayıb. Sonradan onların sayı iki dəfə arta bilərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti