Bakı. Trend:
Avropanın əsas statistika qurumu olan “Eurostat” minimum əməkhaqqı məbləği və digər göstəricilərlə bağlı yanvar ayı üzrə stastistikanı dərc edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, Avropada minimum əməkhaqqı ölkələr üzrə kəskin şəkildə fərqlənir.
“Euronews Business” 2026-cı ilin əvvəlinə olan vəziyyətə əsaslanaraq minimum əməkhaqqını həm avro ifadəsində, həm də alıcılıq qabiliyyəti baxımından daha yaxından araşdırıb.
Avropa İttifaqına üzv 22 ölkədə təxminən 12,8 milyon işçi minimum əməkhaqqı ilə və ya ondan da az gəlirlə çalışır.
Lakin 2026-cı ilin yanvar ayına olan məlumata görə, minimum əməkhaqqı alanların təxminən üçdə biri 2025-ci ilin iyul ayı ilə müqayisədə heç bir artım görməyib. Dörd ölkədə isə son bir il ərzində minimum əməkhaqqıda ümumiyyətlə artım baş verməyib.
Beləliklə, 2026-cı ilin yanvar ayından etibarən Avropada hansı ölkələr ən yüksək minimum əməkhaqqıya malikdir? Bu əməkhaqqı alıcılıq qabiliyyəti baxımından dəyəri nə qədərdir? Nominal avro məbləğləri ilə alıcılıq qabiliyyəti müqayisə edildikdə sıralama necə dəyişir?
Beş ölkədə minimum əməkhaqqı 2 000 avrodan yuxarıdır. Söhbət Lüksemburq, İrlandiya (2 391 avro), Almaniya (2 343 avro), Niderland (2 295 avro) və Belçikadan (2 112 avro) gedir.

Altıncı yerdə isə Fransa 1 823 avro ilə qərarlaşıb, İspaniyada isə bu göstərici 1 381 avroya düşür ki, bu da qonşu ölkələr arasında belə səviyyələrin nə qədər fərqləndiyini göstərir.
Bu səbəbdən "Eurostat" minimum əməkhaqqını üç kateqoriyaya bölür: 1 500 avrodan yuxarı, 1 000–1 500 avro arası və 1 000 avrodan aşağı.
İspaniya, Sloveniya, Litva, Polşa, Kipr, Portuqaliya, Xorvatiya və Yunanıstan orta səviyyəli bu qrupa daxildir. Bu ölkələr arasındakı fərqlər nisbətən azdır.
Avropa ölkələrinin yarısında minimum əməkhaqqı 1 000 avrodan azdır
29 ölkə — Aİ-yə üzv 22 ölkə və yeddi namizəd ölkə — arasında 15 ölkədə minimum əməkhaqqı 1 000 avrodan aşağıdır. Aİ-yə namizəd olan bütün ölkələr bu ən aşağı qrupa daxildir. Bura bir sıra Şərqi Avropa ölkələri də daxildir.
Məsələn, minimum əməkhaqqı Çexiyada 924 avro, Macarıstanda 838 avro, Rumıniyada 795 avro, Türkiyədə 654 avro, Albaniyada isə 517 avro təşkil edir. Üç namizəd ölkədə minimum əməkhaqqı Bolqarıstandakından daha yüksəkdir.
