Böyük Britaniyanın baş naziri Toni Bleyer onu bu vəzifədən uzaqlaşdırmaq istəyən sui-qəsdçilərin qurbanı olub. Bu barədə ölkənin yeni təyin olunmuş daxili işlər naziri Con Rid bəyan edib. Onun sözlərinə görə, sui-qəsddə T.Bleyerin rəhbərlik etdiyi leyborist partiyasının "sol" qanadının nümayəndələri iştirak edir.
Britaniya nazirinin fikrincə, sui-qəsddə məqsəd T.Bleyeri vəzifəsindən uzaqlaşdırmaq və onun başladığı islahatları dayandırmaqdır. Bu barədə Bi-bi-si xəbər verir.
Trend in xəbər verdiyi kimi, C.Rid bəyan edib ki, T.Bleyeri dəstəkləyir və ümid edir ki, sui-qəsdçilər öz məqsədlərinə çatmayacaq. "Onlar qalib gəlməyəcək", - deyə daxili işlər naziri vurğulayıb.
Qeyd edək ki, bəzi mənbələrdə belə bir məlumat yayılıb ki, 50-dən çox leyborist T.Bleyeri işdənçıxma tarixini elan etməyə çağıran məktub imzalayıb. Bu barədə RBK xəbər verir.