...

Zurab Noqaideli Brüsselə işgüzar səfər edəcək

Dünya xəbərləri Materials 13 İyun 2006 18:15 (UTC +04:00)

Baş nazir Zurab Noqaideli çərşənbə axşamı Brüsselə işgüzar səfər edəcək. Burada NATO və Avropa İttifaqının nümayəndələri ilə görüşəcək.

Trend in Praym-Nyus-a istinadən verdiyi xəbərə görə, Zurab Noqaideli NATO-nun qərargahında NATO baş katibinin müavini Aleksandro Minuto Rizo ilə görüşəcək.

Zurab Noqaideli Gürcüstana həsr olunmuş foto-sərginin açılışında iştirak edəcək.

Foto-sərgi NATO-da Gürcüstan günləri ilə əlaqədar açılacaq.

Zurab Noqaideli Avropa İttifaqının baş katibi Xavyer Solana, bu beynəlxalq təşkilatın digər rəsmi şəxsləri ilə də görüşəcək.

Çərşənbə günü Gürcüstan - Osetiya münaqişəsinin iqtisadi reabilitasiya zonası üzrə donor - ölkə nümayəndələrinin konfransı olacaq.

Konfransı Zurab Noqaideli və ATƏT nümayəndəsi Karel de Quxt açacaq.

Zurab Noqaideli Tbilisiyə cümə axşamı qayıdacaq.

Xəbər lenti

Xəbər lenti