...

İran MAQATE-dən beynəlxalq müfəttişlərin başçısının vəzifədən kənarlaşdırılmasını tələb edib

Dünya xəbərləri Materials 10 İyul 2006 14:01 (UTC +04:00)

İran Atom enerjisi üzrə Beynəlxalq agentlikdən (MAQATE) nüvə obyektlərinin monitorinqini aparan beynəlxalq müfəttişlərin başçısı Kris Şarlyenin vəzifədən kənarlaşdırılmasını tələb edib. 61 yaşlı komissiya başçısı Tehranın fəaliyyətini açıq şəkildə tənqid etməklə, İran rəhbərliyinin narazılığına səbəb olub. O cümlədən, K.Şarlye əvvəllər açıq şəkildə bəyan edib ki, İranın hökümət orqanları BMT müfəttişlərinə öz işlərini yerinə yetirməkdə mane olurlar.

Buna baxmayaraq, (C) Associated Press MAQATE-dəki mənbəyə istinadən xəbər verib ki, K.Şarlye öz vəzifəsində qalacaq. MAQATE-nin rəsmi nümayəndələri isə şərh verməkdən imtina ediblər.

Xəbər lenti

Xəbər lenti