...

İstanbulda Türkiyənin hərbi akademiyalarını bitirmiş zabitlərin buraxılış mərasimi keçirilib

Dünya xəbərləri Materials 29 İyul 2006 11:25 (UTC +04:00)

İstanbulda Atatürk Mədəniyyət və İdman Mərkəzində Türkiyənin hərbi akademiyalarını bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib. Ölkə prezidenti Əhməd Necdət Sezər 307 məzuna, o cümlədən Türkiyəyə dost 34 ölkənin nümayəndələrinə təntənəli surətdə diplomlar təqdim edib.

Trend in Türkiyədəki xüsusi müxbirinin məlumatına görə, məzunlar arasında Azərbaycandan olan hərbi qulluqçular da diplom alıb.

Buraxılış mərasimində ölkənin baş naziri Rəcəb Tayib Ərdoğan, Milli Məclisin sədri Bülənt Arınc, Türkiyə HQ baş qərargahının rəisi Hilmi Özkök, müdafiə naziri Vecdi Könül və başqaları iştirak edib.

Xəbər lenti

Xəbər lenti