...

BMT TŞ KXDR-i nüvə sınaqları aparmamağa çağırıb

Dünya xəbərləri Materials 7 Oktyabr 2006 11:26 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası KXDR-i nüvə sınaqları aparmamağa çağırıb. Oktyabrın 7-də keçirilmiş iclasın əvvəlində TŞ sədri Kendzo Osimanın açıqladığı bəyanatda yaranmış vəziyyətlə bağlı "dərin narahatlıq" ifadə olunur. Qeyd olunur ki, Şimali Koreya tərəfindən belə sınaqlar regionda sülh və sabitlik üçün təhlükə yaradacaq. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Şimali Koreyanın dünya birliyini dinləmədiyi və nüvə sınaqlarının aparıldığı halda BMT TŞ təşkilatın nizamnaməsinə uyğun olaraq Pxenyana qarşı tədbir görmək hüququnu özündə saxlayır. Bu barədə (S) Associated Press xəbər verir.

3 oktyabr 2006-cı il tarixində Şimali Koreya bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş nüvə sınaqları aparmaq niyyətindədir. KXDR XİN bəyan edib ki, bu sınaqlar ABŞ-ın Şimali Koreya dövlətinə qarşı artan düşmənçiliyinə cavabdır. "KXDR gələcəkdə onların təhlükəsizliyinə zəmanət verən şərtlərlə nüvə sınaqları aparmaq niyyətindədir. Bu, ölkə XİN-in bəyanatında qeyd olunub. Sınaqların keçirilmə tarixi göstərilməyib. Ancaq qeyri-rəsmi məlumatlara görə, sınaqlar artıq oktyabrın 8-də keçirilə bilər. Daha əvvəl Pxenyan nüvə silahına malik olması barədə bəyan etsə də, indiyədək onu sınaqdan keçirməyib.

Xəbər lenti

Xəbər lenti