Asiya-Sakit okean iqtisadi əməkdaşlıq (ASİƏ) ölkələri liderləri bu gün Hanoyda açılan sammitdə Şimali Koreya nüvə problemi üzrə birgə bəyanat qəbul etməyi planlaşdırırlar. Bəyanatın yayılmış layihəsində bu ilin iyul ayında KXDR tərəfindən keçirilmiş raket buraxılışları və bu ilin oktyabr ayında həyata keçirilmiş yeraltı nüvə sınaqları ilə bağlı "ciddi təşviş" ifadə olunub. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.
Lakin bəzi ölkələr birgə bəyanatın qəbul olunmasının əleyhinədirlər. Onlardan bəziləri bu sənədi dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirirlər, digərləri isə təhlükəsizlik məsələlərinin illik iqtisadi sammitin başqa mövzularını arxa plana sıxışdırmasını istəmirlər.
ABŞ və onun bölgədəki digər müttəfiqləri - Yaponiya və Cənubi Koreya Rusiya və Çinin də iştirak etdiyi gələcək danışıqlarda Pxenyanla birgə strategiya hazırlamağa çalışırlar. Bu məsələ üzrə fəal məsləhətləşmələr 15 noyabr 2006-cı ildə başlayıb. Ehtimal olunur ki, KXDR-in nüvə problemi üzrə altıtərəfli danışıqların növbəti raundu 2006-cı ilin dekabr ayında Pekində baş tutacaq.