...

İran ordusunun baş komandanı: Düşmən hərbi hücuma qərar versə, dərhal cavabını alacaq

Dünya xəbərləri Materials 17 Mart 2007 12:08 (UTC +04:00)

İran digər ölkələr tərəfindən mümkün hərbi hücuma cavab verəcəyinə söz verib. "Bizdən əl çəkməyən düşmən İrana hərbi hücum etməyə qərar versə, dərhal cavabına alacaq"-bu barədə İran ordusunun baş komandanı, briqada generalı Ataollah Salehi bəyanat verib. A.Salehin bəyanatı İranın müdafiə idarəsi mütəxəssilərinin birdəfəyə 2 raketi hava nişanına buraxmağa imkan verən HHM mobil sisteminin nümayişində səslənib. Kompleks artıq uğurlu sınaqdan keçib. O, yüksək dəqiqliklə müxtəlif hava şəraitində hava nişanlarını məhv etməyə qadirdir.

Rəsmi Vaşinqton bəyan edir ki, İran problemini diplomatik yolla həll etmək fikrindədir və Tehrana qarşı hərbi qüvvədən istifadə etmək lazım olmadığını hesab edir. Bununla belə, KİV-də müntəzəm olaraq ABŞ-ın İrana hərbi hücum planı hazırladığı barədə məlumatlar yayılır.

Xəbər lenti

Xəbər lenti