...

1 il də yaşasa, 1 milyon dollar qazanacaq (FOTO)

Maraqlı Materials 27 Aprel 2015 23:15 (UTC +04:00)
Dünyanın ən yaşlı insanı kimi qeydiyyata alınan 122 yaşlı vyetnamlı Nquyen Thi Tru 1 il də yaşasa, moldovalı iş adamı Dmitri Kaminskinin vəd etdiyi 1 milyon dollar mükafatı qazanacaq.
1 il də yaşasa, 1 milyon dollar qazanacaq (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Dünyanın ən yaşlı insanı kimi qeydiyyata alınan 122 yaşlı vyetnamlı Nquyen Thi Tru 1 il də yaşasa, moldovalı iş adamı Dmitri Kaminskinin vəd etdiyi 1 milyon dollar mükafatı qazanacaq.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata əsasən, qadın 123 yaşına qədəm qoysa, "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydiyyata alınmış ən yaşlı insan adına da sahib çıxacaq.

11 uşağından yalnız ikisi sağ olan vyetnamlı qadının ən çox sevdiyi yeməklər düyü və südlü şirniyyatlardır.

Onun ailəsi bildirib ki, qadın indiyədək xəstəxanaya yerləşdirilməyib və ciddi xəstəlik keçirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti