...

Birinci Avropa Oyunlarının məşəli İmişliyə gətirilib (FOTO,VİDEO)

Baku 2015 : EUROGAMES Materials 7 May 2015 14:23 (UTC +04:00)
Mayın 7-də birinci Avropa Oyunlarının məşəli Sabirabad rayonundan sonra İmişliyə gətirilib. Şəhərin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.
Birinci Avropa Oyunlarının məşəli İmişliyə gətirilib (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 7-də birinci Avropa Oyunlarının məşəli Sabirabad rayonundan sonra İmişliyə gətirilib. Şəhərin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.

Trend-in məlumatına görə, şəhərin Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində minlərlə rayon sakini və qonaqlar yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.

Avropa Oyunlarının rəmzi qapısında İmişli Şəkər Zavodunun əməkdaşı Məmməd Abıyev məşəli qəbul etdi. Sonra 10 məşəlçi 4,1 kilometr məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti və 20 Yanvar küçəsi boyunca hərəkət edərək Heydər Əliyev parkına gəldilər.

Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşıladılar. Burada quraşdırılan səhnədə Avropa Oyunlarının məşəli alovlandırıldı.

Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Əlbəyaxa döyüş idman növü üzrə Avropa çempionu Qadir Cəfərov Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Şəhər sakini Rüstəm Vəliyev də sevincini bölüşərək birinci Avropa Oyunlarının məşəlinin İmişlidə şölələnməsini rayonun idman həyatında əlamətdar hadisə kimi qiymətlədirdi, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonra birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Füzuli rayonuna yola salındı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti