...

Birinci Avropa Oyunlarının məşəli Zərdabda (FOTO)

Baku 2015 : EUROGAMES Materials 12 May 2015 16:30 (UTC +04:00)
Birinci Avropa Oyunlarının məşəli bu gün Zərdaba gətirilib.
Birinci Avropa Oyunlarının məşəli Zərdabda (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend/

Birinci Avropa Oyunlarının məşəli bu gün Zərdaba gətirilib.

Trend-in məlumatına görə, Zərdab şəhərinin Bayraq meydanında məşəlin izdihamlı qarşılanma mərasimi olub. Minlərlə zərdablının sevinc dolu sürəkli alqışları və gül-çiçək yağışı altında rayonun fəal gənclərindən olan Bəxtiyar Nurəliyev Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.

Beləliklə məşəlçilərin yürüşü başlanıb. On məşəlçi yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Azərbaycan, Ramiz Kərimov küçələrindən keçməklə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ev-muzeyinə, sonra isə Qələbə meydanına gəldilər.

Məşəlçilər burada gəmiyə minərək Kür çayında gəzintiyə çıxdılar. Avropa Oyunlarının məşəli daha sonra şəhərin Zərdabi küçəsi, Dədə Qorqud meydanı və Heydər Əliyev prospektindən keçməklə Heydər Əliyev parkına gətirilib.

Parkda yürüşçülər hərarətli alqışlarla qarşılandılar. Şəhərdə 3,5 kilometr məsafə qət edən idmançılar səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıblar.

Karatenin VKC növü üzrə dünya və iki qat Avropa çempionu, idman ustası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sonuncu kurs tələbəsi Nərmin Camalzadənin yandırdığı ilk Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin konsert proqramı Zərdab sakinlərinə və qonaqlara ikiqat bayram sevinci yaşadıb.

İlk Avropa Oyunlarının məşəli Zərdabdan Tərtərə yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti