...

Avropa Oyunlarının məşəli Ağsudadır (FOTO,VİDEO)

Baku 2015 : EUROGAMES Materials 29 May 2015 16:52 (UTC +04:00)
Bakı-2015 birinci Avropa Oyunlarının məşəli bu gün Ağsuya gətirilib və burada minlərlə sakinin iştirakı ilə möhtəşəm qarşılanma mərasimi keçirilib.
Avropa Oyunlarının məşəli Ağsudadır (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 29 may /Trend/

Bakı-2015 birinci Avropa Oyunlarının məşəli bu gün Ağsuya gətirilib və burada minlərlə sakinin iştirakı ilə möhtəşəm qarşılanma mərasimi keçirilib.

Trend-in məlumatına görə, ilk Avropa Oyunlarının məşəli şəhərin gül-çiçəklərlə bəzədilən, Azərbaycanın üçrəngli bayraqlarının dalğalandığı Heydər Əliyev prospektinin girişində, Oyunların rəmzi qapısında qarşılanıb. Məşəl rayon sakini, fəal gənc Elnur Fərzəlizadə tərəfindən qəbul edilib.

Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən ağsuluların alqışları ilə Heydər Əliyev prospekti, Üzeyir Hacıbəyli küçəsindən keçməklə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gəliblər.

Ağsu Rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Cəmil Atakişiyev səhnəyə qalxaraq məşəli alovlandırıb. Kik-boksinq üzrə dördqat dünya və Avropa çempionu Elşad Ələsgərov birinci Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Sonra birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Məşəlin qarşılanması münasibətilə təşkil olunan konsert, müğənni və rəqqasların bir-birini əvəz edən çıxışları iştirakçılara bayram sevinci yaşadıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti