...

Litva mediasında Avropa Oyunları haqqında məqalə (FOTO)

Baku 2015 : EUROGAMES Materials 3 İyun 2015 17:11 (UTC +04:00)
Litvanın "Etaplius.lt" portalında Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında məqalə dərc edilib.
Litva mediasında Avropa Oyunları haqqında məqalə (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Litvanın "Etaplius.lt" portalında Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında məqalə dərc edilib.

Trend-in məlumatına görə, portal Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin də fikirlərini yayımlayıb.

Məqalədə Litvadan Azərbaycana gələcək idmançıların adları yer alıb. A.Əliyev məqalədə belə mötəbər yarışın keçirilməsinin əhəmiyyətini qeyd edərək, Oyunların əsasən Azərbaycanın Avropada tanıdılmasına kömək edəcəyini vurğulayıb.

O, Azərbaycanın son illər qazandığı uğurların arxasında ulu öndər Heydər Əliyevin davamçısı, cənab Prezident İlham Əliyevin prinsipial siyasətinin olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti