...

Birinci Avropa Oyunlarının məşəli Şabranda (FOTO+VİDEO)

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 16:56 (UTC +04:00)
Birinci Avropa Oyunlarının məşəli bu gün Şabrana gətirilib.
Birinci Avropa Oyunlarının məşəli Şabranda (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Birinci Avropa Oyunlarının məşəli bu gün Şabrana gətirilib.

Trend-in məlumatına görə, məşəl Şabran şəhərinin girişində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb. Qarşılanma mərasimində milli rəqslər, oyunlar nümayiş etdirilib.

Məşəl əməkdar məşqçi Telman Bayramov tərəfindən qəbul olunub Sonra 10 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar rayon sakinlərinin alqışları ilə məşəli bir-birinə ötürərək Məhəmməd Əmin Rəsulzadə, Zərifə Əliyeva küçələri və Heydər Əliyev prospekti boyunca 2 min 400 metr məsafə qət ediblər. Sonuncu məşəlçi, əməkdar məşqçi Asif Abdullayev Heydər Əliyev prospektində quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Şabranlılar məşəlin alovlandırılmasını böyük coşqu ilə qarşılayıblar.

Şabranlı gənc Günel Zeynalova Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx nümayiş etdirilib.

Bununla da Şabran birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 57-ci yaşayış məntəqəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti