...

Birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə start verilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 9 İyun 2015 14:58 (UTC +04:00)
“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə iyunun 9-da Alov qüllələrindən start verilib.
Birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə start verilib (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

"Bakı-2015" birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə iyunun 9-da Alov qüllələrindən start verilib.

Trend-in məlumatına görə, paytaxt sakinlərinin hərarətli alqış sədaları altında məşəl alpinist Renat Rəhimxanovun müşayiəti ilə dünya memarlığının incilərindən sayılan "Alov qüllələri"nin ən hündür nöqtəsindən aşağı endirilib.

Birinci Avropa Oyunlarının məşəlçisi olduğu üçün qürur duyduğunu bildirən R.Rəhimxanov "Bakı-2015"-də mübarizə aparacaq yerli idmançılara uğurlar arzulayıb. O bildirib ki, birinci Avropa Oyunları ərəfəsində bütün qitənin diqqəti ölkəmizə yönələcək. "Bakı-2015" Azərbaycanın təbliği baxımından mühüm məqam olacaq.

Gün ərzində məşəl Bakıdakı bir sıra tarixi binalara aparıldıqdan sonra UNESCO-nun dünya mədəni irs siyahısına daxil olan qədim İçərişəhərə gətiriləcək.

"Bakı-2015" məşəlinin İçərişəhərdə səyahəti saat 16:00-da Kiçik Qala küçəsindən başlayacaq. Məşəl Kiçik Qala küçəsi ilə Qoşa qala qapısı meydanına, daha sonra isə Qüllə küçəsi ilə aparılaraq Buxara və Multanı karvansaralarının yaxınlığından Qız qalası meydanına gətiriləcək. Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edəcək məşəl səyahəti sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək orta əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti