...

Cüdoçumuz Orxan Səfərov 1/4 finala vəsiqə qazanıb (FOTO)

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 14:44 (UTC +04:00)
Cüdoçumuz Orxan Səfərov 1/4 finala vəsiqə əldə edib.
Cüdoçumuz Orxan Səfərov 1/4 finala vəsiqə qazanıb (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Cüdoçumuz Orxan Səfərov 1/4 finala vəsiqə əldə edib.

60 kq-dək çəkili cüdoçuların yarışında ilk mərhələdən azad olan digər təmsilçimiz, 2013-cü ilin Dünya çempionatının bürünc mükafatçısı Orxan Səfərov 1/8 finalda Belorus təmsilçisi Arif Bağırovla üz-üzə gəlib.

Döyüşə daha fəal başlayan O.Səfərov rəqibinə ardıcıl iki dəfə yuko xalı ilə qiymətləndirilən fənd tətbiq edib. Daha sonra isə bir vazari xalı ilə qiymətləndirilən fənd işlədib. Lakin görüşün sonuna yaxın A.Bağırov bunlardan birinin əvəzini bir vazari balı ilə çıxsa da, Azərbaycan cüdoçusu O.Səfərov qalib gələrək 1/4 finala vəsiqə əldə edib.

Orxanın 1/4 finaldakı rəqibi İsveçrə təmsilçisi Lüdovik Şammartin olacaq.

Qeyd edək ki, A.Bağırov cüdo üzrə Belarus millisinin baş məşqçisi, sambo və cüdo uzrə 4 dəfə dünya və 5 dəfə Avropa cempionu, Belarusun Əməkdar idman ustası, Belorusdakı Azərbaycan diasporunun rəhbəri Natiq Bağırovun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti