...

Bakıda birinci Avropa Oyunlarına həsr edilən parad və konsert keçirildi (ƏLAVƏ OLUNUB) (FOTO)

Baku 2015 : EUROGAMES Materials 12 İyul 2015 23:57 (UTC +04:00)
Bu gün Bakıda I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan xüsusi tədbir keçirilib
Bakıda birinci Avropa Oyunlarına həsr edilən parad və konsert keçirildi (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər sat 21:03-də yayılıb)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Bu gün Bakıda I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan xüsusi tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirin birinci hissəsində Azərbaycan milli yığmasının idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə "Bakı 2015" paradı baş tutub.

"Tarix yazdıq! Tarixə yazıldıq!" şüarı altında keçirilən parad Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda "Saat qülləsi"nin yanında yekunlaşıb.

Tədbirin təşəbbüskarları Gənclər və İdman Nazirliyi və "Bakı 2015"Аvropa Oyunlarının Əməliyyat Komitəsidir (BEGOC).

Parad xüsusi konsert proqramı ilə davam edib. Konsert proqramı "Saat qülləsi"nin yanında estrada ulduzlarının iştirakı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti