...

"İllər xalq artisti Zülfiyyə Xanbabayevadan nə aldı ki?" (FOTO)

Mədəniyyət Materials 6 May 2011 18:00 (UTC +04:00)
Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Zülfiyyə Xanbabayeva yerli şou-biznesdə fəaliyyət göstərən o ulduzlardandır ki, daim qalmaqaldan uzaq gəzir, keyfiyyətli mahnılar ifa edib pərəstişkarlarına xoş sürprizlərini təqdim edir. Trend olaraq bu dəfə biz sevimli müğənniyə sürpriz etməyə qərar verdik. Şəxsi arxivindən əldə etdiyimiz ən maraqlı şəkilləri toplayıb, oxucularımız üçün yayınlayırıq
"İllər xalq artisti Zülfiyyə Xanbabayevadan nə aldı ki?" (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Zülfiyyə Xanbabayeva yerli şou-biznesdə fəaliyyət göstərən o ulduzlardandır ki, daim qalmaqaldan uzaq gəzir, keyfiyyətli mahnılar ifa edib pərəstişkarlarına xoş sürprizlərini təqdim edir. Trend olaraq bu dəfə biz sevimli müğənniyə sürpriz etməyə qərar verdik. Şəxsi arxivindən əldə etdiyimiz ən maraqlı şəkilləri toplayıb, oxucularımız üçün yayınlayırıq.

"İllər xalq artisti Zülfiyyə Xanbabayevadan nə aldı ki?" başlıqlı fotosessiyada 23 illik səhnə təcrübəsinə malik müğənninin çox maraqlı şəkilləri toplanıb. Başda Azərbaycanın xalq artistləri, canlı korifeylər Fidan və Xuraman Qasımova bacıları olmaqla, yaxın dostları xalq artisti Brilliant Dadaşova, müğənni Samir Bağırovla birlikdə çəkdirdiyi nostalji fotolara sıradan foto kimi baxıb keçmək mümkün deyil. Verdiyimiz suala cavab verməyi Sizin öhdənizə buraxsaq da, hazırda Dəniz adlı bir qız anası olan xalq artistinin gündən-günə gözəlləşdiyini və maksimum enerji sərf edib yaradıcılıqla məşğul olmağa başladığını vurğulamamaq mümkün deyil.

Xəbər lenti

Xəbər lenti