...

Moskvadan sevgi ilə: ata azərbaycanlı, ana rus (FOTO)

Mədəniyyət Materials 22 Avqust 2011 13:50 (UTC +04:00)
Trend oxucularına azərbaycanlı rejissor Rodion İsmayılovun "Mənim qohumun" sənədli filminin çəkilişlərindən fotosessiya təqdim edir.
Moskvadan sevgi ilə: ata azərbaycanlı, ana rus (FOTO)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir A.Məmmədova/

Trend oxucularına azərbaycanlı rejissor Rodion İsmayılovun "Mənim qohumun" sənədli filminin çəkilişlərindən fotosessiya təqdim edir.

Sentyabrda rejissor çəkilişi lap bu yaxınlarda başa çatan filmin montajına başlayacaq.

Çəkilişi Tovuz rayonunun Köhnəqala kəndində aparılan "Mənim qohumum" filmi Rusiyanın Mədəniyyət Nazirliyi və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib. Filmin operatoru Mixail Qorobçukdur. Baş rolda Lolita İsmayılova oynayır.

"Mənim qohumum" filmi Azərbaycan torpağına sevgi, bu sevginin nəsildən-nəslə necə ötürülməsi haqqındadır. Ola bilsin ki, süjet çox sadədir, lakin müxtəlif xalqların və millətlərin nümayəndələrinin mədəniyyət və ənənələrinin bir ailədə toplandığına tez-tez rast gəldiyimiz günlərimiz və dünyamız üçün çox aktualdır. Lolita Moskvada doğulub, atası azərbaycanlı, anası rusdur. Bu mühitdə tərbiyə aldığı üçün Lolitanın özünü daha çox rus mədəniyyətinə aid etməsinə baxmayaraq, o, özünün əsil-nəcabəti haqqında bilmək istəyir və bu məqsədlə azərbaycanlı qohumları ilə tanış olmaq üçün atasının vətəninə gəlir.

Xəbər lenti

Xəbər lenti