...

Monteneqronun "Eurovision 2012" mahnısı Avropadakı ekoloji vəziyyətə həsr olunub

Mədəniyyət Materials 28 Mart 2012 17:35 (UTC +04:00)
Monteneqronun "Eurovision 2012" mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Lidiya Bakoviç ölkə təmsilçisi Rambo Amadeusun "Euro Neuro" mahnısına dair maraqlı məqamları açıqlayıb.
Monteneqronun "Eurovision 2012" mahnısı Avropadakı ekoloji vəziyyətə həsr olunub

Azərbaycan, Bakı, 28 mart /Trend/

Monteneqronun "Eurovision 2012" mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Lidiya Bakoviç ölkə təmsilçisi Rambo Amadeusun "Euro Neuro" mahnısına dair maraqlı məqamları açıqlayıb.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, o, mahnının əsas mövzusunun Avropadakı ekoloji vəziyyətlə yanaşı, digər ciddi məsələlərə həsr olunduğunu söyləyib.

Xatırladaq ki, Monteneqro Konstitusiyası 1991-ci ildə ölkəni dünyada ilk dəfə olaraq ekoloji dövlət elan edib. Ölkədə demək olar ki, heç bir sənaye rayonu mövcud deyil.

Xəbər lenti

Xəbər lenti