...

Azərbaycan və Rusiya arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb

Mədəniyyət Materials 22 Oktyabr 2012 18:37 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bazar ertəsi Qarayev ilə Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini xanım Alla Yuriyevna arasında görüş keçirilib.
Azərbaycan və Rusiya arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasında rəsmi səfərdədir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bazar ertəsi Qarayev ilə Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini xanım Alla Yuriyevna arasında görüş keçirilib.

Görüş zamanı Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, əsrlərə söykənən dostluq münasibətləri yüksək qiymətləndirilib.

Daha sonra "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2012-2013-cü illər üzrə mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı"nın imzalanma mərasimi olub.

Oktyabrın 23-də başa çatacaq səfər çərçivəsində Qarayevin Rusiya Federasiyasının mədəniyyət naziri V.R.Medinski ilə də görüşü nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti