...

Xocalı faciəsinə həsr edilmiş rəsm sərgisi keçirilib (FOTO)

Mədəniyyət Materials 26 Fevral 2013 01:05 (UTC +04:00)
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Xocalı faciəsində yaşananları unutmamaq, gənc nəsilə tanıtmaq üçün respublika üzrə gənclər, tələbə və məktəblilər arasında rəsm müsabiqəsi elan etmişdi. Bu barədə Trend-ə Miras İB-dən məlumat verilib.
Xocalı faciəsinə həsr edilmiş rəsm sərgisi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Xocalı faciəsində yaşananları unutmamaq, gənc nəsilə tanıtmaq üçün respublika üzrə gənclər, tələbə və məktəblilər arasında rəsm müsabiqəsi elan etmişdi. Bu barədə Trend-ə Miras İB-dən məlumat verilib.

Bazar ertəsi Nizami rayonundakı 129 saylı məktəbdə müsabiqəyə təqdim olunan işlərdən ibarət "Xocalı yaddaşlarda və əl işlərində" sərgisi təşkil olundu. Xocalı faciəsini, onun yaratdığı pislikləri, doğurduğu rezonansı əks etdirən əl işlərindən ibarət sərgidə Rəssamlıq Akademiyası, Qafqaz Universiteti, Uşaq dünyası rəsm qalereyası da daxil olmaqla Bakının və Azərbaycanın rayonlarının müxtəlif təhsil ocaqlarından təqdim olunmuş işlər nümayiş etdirildi.

129 saylı məktəbin direktoru Samir Mehdizadə açılış nitqində hər bir məktəblini tariximizdə yaşananları diqqətlə öyrənməyə və onlardan dərs çıxarmağa çağırdı.

MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə, tədbir iştirakçılarına Xocalının tarixindən bəhs etdi və qeyd etdi ki, bu torpaqlara düşmənlərin marağı məhz bu yerlərin tarixi ilə bağlıdır.

Müsabiqəyə təqdim olunan işlər arasından məktəblilər və tələbələr üçün hər biri 4 nominasiyada seçilmiş işlərin müəlliflərinə diplom və hədiyyələr təqdim olundu. Qeyd edildi ki, "Xocalı yaddaşlarda və əl işlərində" sərgisində nümayiş olunan əsərlər mütəmadi olaraq Miras jurnalında dərc ediləcək.

Eləcə də, sərginin bütün iştirakçılarına təşəkkürnamə verildi.

Tədbir iştirakçıları MİRAS İB-nin istehsalı olan və tarixi əks etdirən "Xocalı vaxtı" sənədli filmini də seyr etdilər.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti