...

Bakıda "Participate Public Art Festival" çərçivəsində Rusiyanın "P.T.X." yaradıcılıq studiyasının master-klassı baş tutub (FOTO)

Mədəniyyət Materials 6 May 2013 15:47 (UTC +04:00)
"YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda "Participate Public Art Festival" çərçivəsində Rusiyanın "P.T.X." yaradıcılıq studiyasının master-klassı baş tutub. Bu barədə xəbər yayıb.
Bakıda "Participate Public Art Festival" çərçivəsində Rusiyanın "P.T.X." yaradıcılıq studiyasının master-klassı baş tutub (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir V.İmanov/

"YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda "Participate Public Art Festival" çərçivəsində Rusiyanın "P.T.X." yaradıcılıq studiyasının master-klassı baş tutub. Bu barədə xəbər yayıb.

Trend-in məlumatına görə, tədbirdə "YARAT!" təşkilatının təsisçisi Aida Mahmudova, görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

"ÇUDESNIY BESTİARİY" layihəsi Zabitlər parkında reallaşdırılıb. Bu zaman 5 yaşından 13 yaşına qədər olan uşaqlar və onların valideynləri, "Participate Public Art Festival"ın qonaqları Rusiyanın "P.T.X." yaradıcılıq studiyasının master-klassında iştirak imkanı əldə ediblər.

Bir neçə köhnə qəzet, adi yapışqan və sakitləşməyən uşaq təxəyyülünün köməyi ilə sehrili əfsanədən böyük balığı canlandırmaq olarmı? "Public art" janrında işləyən Peterburqdan olan rəssamlar bu suala müsbət cavab veriblər. Bütün iştirakçılara özləri ilə bir az iş materialı gətirmək tələb olunurdu - köhnə, oxunmuş qəzet və jurnallar. Bu, uşağa tam ölçüdə qurmanın yaradılmasına öz töhfəsini hiss etməyə kömək edib. Master-klass uşaqlara yaradıcılıqla düşünməyi və ən bayağı predmetlərin köməyi ilə öz fantaziyalarını təcəssüm etdirməyi öyrədib

Layihənin əsas fikri - nağıl kiçiklər və böyüklərin birgə səylərlə xeyirxah, gözəl tarixi yaratdığı, özünü və şəhəri daha xoşbəxt etdiyi yerdə başlanır.

"ÇUDESNIY BESTİARİY" layihəsi 10 festival layihəsindən biridir və bu ilin digər layihələri kimi öz interaktivliyi ilə seçilir. Festivalın bütün iştirakçıları, həmçinin mühazirələr və master-klasslar çərçivəsində öz təcrübələri bölüşürlər. Festivalın sponsoru "Bank Respublika"dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti