...

Mədəniyyət və turizm şöbələri rəhbərlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

Mədəniyyət Materials 14 May 2013 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ilin birinci yarısı üçün iş planına əsasən, cari il may ayının 14-də Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon mədəniyyət və turizm şöbələri rəhbərlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qazax rayon mədəniyyət evinin iclas zalında keçirilmiş müşavirədə qeyd olunan rayonların mədəniyyət və turizm şöbələrinin müdirləri, məsləhətçiləri və müəssisə rəhbərləri iştirak ediblər.

Seminar iştirakçılarına "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli qanununun müddəaları barədə ətraflı məlumat verilib, bu qanunun mədəniyyət işçiləri arasında geniş təbliğ edilməsi və icrasının daim nəzarətdə saxlanılması zərurəti vurğulanıb.

Seminar-müşavirədə mədəniyyət və turizm sahəsində qəbul edilmiş dövlət proqramları və normativ aktların bölgələrdə icrası vəziyyəti də müzakirə olunub, regionlarda mədəniyyət sahəsində mövcud problemlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, ölkəmizdə mədəniyyət sahəsində aparılan islahatlar haqqında ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti