Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzinin sökülərək yerində opera binası tikiləcəyini bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti yazıb.
Nazir qeyd edib ki, hazırda Atatürk Mədəniyyət Mərkəzinin binası standartlara cavab vermir.
Atatürk Mədəniyyət Mərkəzinin binası 1946-cı ildə inşa edilib.