...

"İncir Reçeli 2" "28 Cinema"da

Mədəniyyət Materials 3 Noyabr 2014 14:40 (UTC +04:00)
“28 Cinema” kinoteatrında oktyabr ayının 30-dan etibarən, “28 Mall”da yerləşən yeni türk restoranı olan “Köftəci”nin baş sponsorluğu və LG G3 mobil telefonunun sponsorluğu ilə böyük marağa səbəb olmuş Türkiyə istehsalı olan “İncir Reçeli” 2 filminin nümayişlərinə başlanılıb. Filmin ikinci hissəsinin nümayişinə bir həftə qalmış, kinoteatrda biletlər artıq ilk günlərdən alınmışdır.
"İncir Reçeli 2" "28 Cinema"da

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

"28 Cinema" kinoteatrında oktyabr ayının 30-dan etibarən, "28 Mall"da yerləşən yeni türk restoranı olan "Köftəci"nin baş sponsorluğu və LG G3 mobil telefonunun sponsorluğu ilə böyük marağa səbəb olmuş Türkiyə istehsalı olan "İncir Reçeli" 2 filminin nümayişlərinə başlanılıb. Filmin ikinci hissəsinin nümayişinə bir həftə qalmış, kinoteatrda biletlər artıq ilk günlərdən alınmışdır.

Film iki insanın təsadüfi görüş nəticəsində valehedici sevgisindən bəhs edir.... Film ssenarisi romantikdir, bir qədər sadəlövh və bir az fantastik romanı xatırladır. Film 2011-ci ildə işıq üzü görüb və filmi bütün dünya üzrə üç milyona yaxın insan izləyib. Güman olunur ki, ikinci hissə rekord vuracaq. Filmin rejissoru Aytac Ağırlar, rollarda isə Halil Sezai Paracıqoğlu, Şafak Pekdemir və Sinan Çalışqanoğlu kimi məşhur türk aktyorları çəkilib.

Daha ətraflı məlumatı və biletləri onlayn olaraq kinoteatrın http://www.28cinema.az/ saytından əldə etmək olar. Tələsin, cünki yerlər məhduddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti