...

Azərbaycan-Bolqarıstan mədəni əlaqələri daha da genişlənəcək (FOTO)

Mədəniyyət Materials 18 May 2015 18:34 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov ilə görüşüb.
Azərbaycan-Bolqarıstan mədəni əlaqələri daha da genişlənəcək (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend/

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəni əlaqələr, bu sahədə reallaşdırılması nəzərdə tutulan layihələr müzakirə olunub.

Ə.Qarayev həmkarının Forumda iştirakını yüksək qiymətləndirib, V.Rəşidovun eyni zamanda bir rəssam kimi ölkələrimiz arasında mədəni əlaqələrin qurulmasına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. İki ölkənin müvafiq nazirlikləri arasında əlaqələrdən söz açan nazir yaxın gələcəkdə mədəni sahədə əməkdaşlığın daha da gücləndiriləcəyini, birgə mədəni proqramların, mədəniyyət günlərinin təşkilinin nəzərdə tutulduğunu deyib.

Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi dəstəyi yüksək qiymətləndirən Bolqarıstanın mədəniyyət naziri deyib ki, bu, Avropada da çox böyük önəm kəsb edir. Azərbaycanın belə möhtəşəm Foruma ev sahibliyi etməsi xalqlar arasında sülhün, əmin-amanlığın qurulması baxımından olduqca əhəmiyyətlidir. Bu, həm də Azərbaycanın dünyada qədim tarixə malik bir ölkə kimi tanınmasına əlverişli imkanlar yaradır: "Mən bu fikirləri heç də təsadüfən demirəm. Ötən ilin aprelində Fransanın Luvr muzeyində sərgi keçirdik. Muzeydə İslam abidələri bölməsinə də baş çəkdik. Həmin bölmədə Azərbaycanın bütün dövrlərə aid zəngin tarixi mədəni nümunələri yer alıb. Bu, bir daha Azərbaycanın mədəni zənginliyini sübut edir".

Sonda Bolqarıstanın mədəniyyət naziri azərbaycanlı həmkarına xatirə hədiyyəsi təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti