...

Moskvada Nuridə Qurbanovanın "Fenomen" filmi Andrey Malaxovun iştirakı ilə təqdim olunub (FOTO)

Mədəniyyət Materials 25 Dekabr 2015 14:07 (UTC +04:00)
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "National" otelində "Fenomen" filminin təqdimatı keçirilib.
Moskvada Nuridə Qurbanovanın "Fenomen" filmi Andrey Malaxovun iştirakı ilə təqdim olunub (FOTO)

Bakı. Trend:

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "National" otelində "Fenomen" filminin təqdimatı keçirilib. Trend-in məlumatına görə, Rusiyada yaşayan azərbaycanli rejissor Mikayıl Mikayılov tərəfindən lentə alınan bu ekran əsəri Nuridə Qurbanovanın həyatından bəhs edir.

Qeyd edək ki film-kaleydoskop bir neçə gün öncə ilk dəfə olaraq "Stalker" beynəlxaq film festivalında nümayiş olunub. Filmin ssenari müəllifi həm də baş qəhrəmanı N.Qurbanovanın özüdür. Beləki film Azərbaycan və onun hüdudlarından kənarda tanınan fenomenin həyat yolundan bəhs edir. Moskvada gerçəkləşən rəsmi təqdimat mərasimində isə Rusiyada yaşayan azərbaycanılar və Rusiya elitası iştirak edib. Onlar uzun müddət Rusiyada fəaliyyət göstərən N.Qurbanovanın uğurlu fəliyyətindən danışıblar. Qonaqların arasında Rusiyanın tanınmış teleaparıcısı Andrey Malaxov da olub. O, illər əvvəl N.Qurbanovanın onun televiziya proqramında canlı olaraq etdiyi möcüzələri, qeyri adilikləri xatırlayıb və qəhrəmanın fərqli insan olduğunu qeyd edib.

N.Qurbanova Azərbaycanın Qarabağ torpağında, Şuşa şəhərində anadan olub. N.Qurbanovada fenomenal qabiliyyəti onu 10 yaşında ildırım vurduqdan sonra yaranıb. Şəfavericinin fenomenal qabiliyyətləti "ENİOM" Ümumrusiya Ənənəvi Xalq Təbabəti Elmi-Tədqiqat Mərkəzi tərəfindən təsdiq edilib. Məhsuldar fəaliyyəti sayəsində elm dünyasında tanınıb, Rusiya filosofiya elmləri doktoru, enerji informasiya elmləri namizədidir və bir sıra yüksək beynəlxalq mükafatlara və ordenlərlərə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti