...

“Retro Bakı” layihəsinin konsertləri davam edir (FOTO)

Mədəniyyət Materials 15 Avqust 2016 13:06 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə “Retro Bakı” layihəsinin konsertləri davam edir.
“Retro Bakı” layihəsinin konsertləri davam edir (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə “Retro Bakı” layihəsinin konsertləri davam edir.

İdarədən Trend-ə verilən məlumata görə, bu həftə keçirilən konsertdə tanınmış müğənni Yaqut Babayeva, gənc müğənnilər Aygün Ağayeva, Mütəllim Mütəllimov, Ülkər Şahbazova, Mehman Tağıyev, Rüfət Xəlil, “İstedad” insrtumental ansamblı və “Azad” rəqs qrupu rəngarəng ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.

Qeyd edək ki, layihə tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında maraqlı konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti