...

Xalça Muzeyində “Ailə günü” keçiriləcək

Mədəniyyət Materials 20 Sentyabr 2016 17:46 (UTC +04:00)
Sentyabrın 24-də Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçiriləcək.
Xalça Muzeyində “Ailə günü” keçiriləcək

Bakı. Trend:

Sentyabrın 24-də Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçiriləcək.

Trend-in məlumatına görə, “Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulub.

“Ailə günü” adlı tədbirdə “Hemofiliya və talassemiya” pasientləri tam olaraq ödənişsiz iştirak edə bilərlər.

Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaq. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar.

İştirakçılara tədbirdə boşqab üzərində rəsm çək, dibçək qablarını rənglə, qolbaq düzəlt, “Tilda” kuklasını yarat, Yekaterina Kirçu ilə yumşaq oyuncaq hazırlayaq, çay daşları üzərində rəsm çək, öz xalçanı yarat (kompyuter oyunu), pazlı yığ, mini-ekskursiyalar (geyim və tikmə; xalça məmulatları, saxsı və mis qablar; xalçalar üzərində zərdüşlük motivləri), nağıl saatı – uşaq yazıçısı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət, Nağıl qəhrəmanı ilə əylən, Azərbaycan cizgi filmləri və HUMEL Psixologiya Mərkəzi ilə birlikdə ailə gerbini yarat - psixokorreksiya metodikası olaraq ailə daxili münasibətlərin möhkəmləndirilməsi, valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması və digər bir-birindən maraqlı proqramlar təqdim olunacaq.

Həmçinin məhşur memar Elçin Əliyevlə görüş, müsabiqədə iştirak et və hədiyyə qazan – görüş zamanı E.Əliyev uşaqlara Abşeron memarlığının tarixindən danışacaq.

Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birini çəkmək imkanı olacaq və E.Əliyev tərəfindən seçilən ən yaxşı 5 rəsm əsərinin müəllifləri mükafatlanacaq.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti