Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın 7 ölkə, o cümlədən İran vətəndaşlarına 90 gün ərzində viza verilməməsi barədə fərmanı Cənubi Azərbaycandan olan müğənni Ququşu da çətin vəziyyətə salıb.
Trend-in məlumatına görə, hazırda Londonda olan məşhur müğənni "Euronews"a açıqlamasında bir neçə ay sonra vizasının müddətinin bitəcəyini, ABŞ-a qayıdarkən vaxtilə İrandan gəldiyi və müsəman olduğu üçün problemlə üzləşəcəyindən narahat olduğunu bildirib:
"ABŞ-da yaşamaq üçün "Green Card"ım olsa da, bu, hər hansı problemi istisna etmir. İrana olduğu kimi, ABŞ-a da buraxılmasam, nə edəcəyimi bilmirəm. İrana qayıtmağım mümkün deyil, ona görə də neytral bölgədə qalmağa məcbur olacam".
Qeyd edək ki, əsl adı Faiqə Atəşin olan Ququş uzun müddətdir Los-Angelesdə yaşayır.