...

"Baku Fashion Club"un təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 3 İyul 2017 15:14 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” otelində dəb sahəsində yeni olan “Baku Fashion Club”ın təqdimatı keçirilib.
"Baku Fashion Club"un təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

“Excelsior Hotel & Spa Baku” otelində dəb sahəsində yeni olan “Baku Fashion Club”ın təqdimatı keçirilib.

BFC təşkilatı Azərbaycanın moda sahəsinin bütün nümayəndələrini “öz qanadı altına” yığmağı planlaşdırır. Onların arasında geyim və aksessuar dizaynerləri, fəşn-bloggerlər, populyar modellər, jurnalistlər, moda butiklərinin və şou-rumların nümayəndələri, bayerlər, stilist-imicmeykerlər və s. olacaqlar. Klubun iştirakçıları həmçinin, Azərbaycan modasının həvəskarları və pərəstişkarları da ola bilər. Müntəzəm olaraq müştərək görüşlər keçiriləcək, burada klubun iştirakçıları sıxılmadan, dostluq şəraitində sərbəst tanış ola, ünsiyyət qura, təcrübə və fikir mübadiləsi apara, maraqlandıqları məsələləri müzakirə edə biləcəklər. Görüşlər zamanı həmişə “mikrofon açıq” olacaq və klubun iştirakçıları arzuladıqları halda lazımi informasiyanı müzakirə edəcək, özü və öz fəaliyyəti haqqında danışacaq, maraqlandığı sualları auditoriyaya verəcək və cavab alacaq.

Bununla yanaşı, həm yaxın, həm də uzaq xarici ölkələrdən fəşn-sahə nümayəndələrini dəvət etmək planlaşdırılır. "Baku Fashion Club"un təşkilatı olan “BFC” - FMS Models-in prezidenti və Baku Fashion Night moda layihəsinin təşkilatçısı Lyubov Qutorova-Poyraza məxsusdur. “Bu fikir çoxdan mənim beynimdə dolaşırdı, amma 2005-ci ildə FMS Models model agentliyinin, 2014-cü ildə Baku Fashion Night layihəsinin (hazırda Bakıda keçirilən moda həftələrinin müşdəçisi) açılışında olduğu kimi, münasib vaxt gözləyirdi. Bu dəfə xahiş edirəm, sevin və təşrif buyurun – “Baku Fashion Club”a. Bu klub bizə sadəcə zəruridir, əminəm ki, çox yaxın zamanda o, bütün iştirakçıları üçün öz bəhrəsini verəcək. Canlı dialoq – bütün problemlərin həllinin açarıdır!!!» - deyə Lyubov Qutorova-Poyraz qeyd edib.

Tədbirdə Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, məşhur Azərbaycan dizayneri Gülnarə Xəlilova, əməkdar artist Tünzalə Ağayeva, əməkdar artist Mələk Abbaszadə, Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən müğənni Səbinə Babayeva və digər qonaqlar iştirak ediblər. Tədbiri BFC klubunun təşkilatçısı Lyubov Quturova açıb və çıxışında klubun məqsədi və necə fəaliyyət göstərməsi haqqında ətraflı məlumat verib. O qeyd edib ki, növbəti görüşün sentyabr ayında keçirilməsi nəzərdə tutulub. “Baku Fashion Club”un təqdimatı “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi ilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti