...

Bakıda beynəlxalq incəsənət müsabiqəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 19 Yanvar 2019 00:48 (UTC +04:00)
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında "Ümid" beynəlxalq incəsənət müsabiqəsi keçirilib.
Bakıda beynəlxalq incəsənət müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında "Ümid" beynəlxalq incəsənət müsabiqəsi keçirilib.

Trend-in məlumatına görə, müsabiqəyə təşkilatı dəstək "Jam Group"a məxsusdur.

Assosiasiyası prezidenti Əziz Əzizov deyib: “Müsabiqə incəsənət və rəqs növləri üzrə keçirilib. Ölkəmizin bölgələrindən və qonşu ölkələrdən Türkiyə, Gürcüstandan yarışmaya qatılan iştirakçılar olub. Bütün iştirakçıları təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram. Bununla yanaşı daima əziyyətlərini çəkən, onlara bu sahələri öyrədən, bu cür istedadlı, bacarıqlı uşaq və gənclər yetişdirdikləri üçün bəddi rəhbərlərə təşəkkür edirəm. Ədalətli seçimlər etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün Əməkdar artist adını almış, görkəmli incəsənət xadimləri olan münsiflər heyətinə də təşəkkür edirəm” – deyə bildirdi

Yarışma yaş kateqoriyasına görə keçirilir: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı).

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti